Öncə döydülər, sonra isə itlərə dişlətdilər
Bizi izləyin

Hadisə

Öncə döydülər, sonra isə itlərə dişlətdilər

Gədəbəy rayonunun Şəkərbəy kəndi yaxınlığında olan yaylaqda fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir neçə nəfərlə orada heyvanları üçün yay örüşü təşkil etmək istəyən rayonun Sarıhacallı kəndindən olan 4 nəfər sakin arasında dava düşüb.

Gədəbəy rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, dava nəticəində Sarıhacallı kənd sakini, 1950-ci il təvəllüdlü Əntiqə Alıyev və onun oğlu, 1974-cü il təvəllüdlü Bayram Alıyev döyülərək ağır xəsarətlər alıb. Yaralılar yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirildi ki, bədənin müxtəlif yerlərinin əzilmiş çapılmış yaraları ilə gətirilən şəxslərdə it dişlərinin izləri də var. Yaralılar döyüldükdən sonra yaylaq itləri tərəfindən dişləndiklərini də bildiriblər. Hazırda hər ikisinin vəziyyəti orta ağırdır.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisədə iştirak edən digər şəxslər isə polis tərəfindən saxanılıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm