Hadisə
Tovuzda ağır yol qəzası: 3 ölü, 3 yaralı
Tovuz rayonunda 3 nəfərin ölümü, daha 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 4-də səhər saat 8 radələrində baş verib. Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil qarşı tərəfdən yüksək sürətlə gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və onun avtomobilindəki sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Allahverdiyev hadisə yerindəcə ölüblər.
Maşında olan digər 4 sərnişin isə Tovuz mərkəzi rayon
xəstəxanasına yerləşdirilib. Yaralılardan biri, 1954-cü il
təvəllüdlü Şahniyar Cəfərov xəstəxanada dünyasını dəyişib.
Digər yaralıların ikisinin vəziyyəti ağır, birinin isə orta-ağır
olaraq qalır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sami Süleymanlı
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO