İdman
Azərbaycan-İtaliya oyunu üçün 160 avtobus ayrıldı
Azərbaycan-İtaliya futbol oyununda iştirak etmək istəyən azarkeşlərə şad xəbər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, 10 oktyabr 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.
Azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib.
Gülnar Əliyeva

-
Nida Xəbər 16:40
Ordumuzun 473 hərbçisinə mənzil verildi
-
Sosial16:05
Prezident seçkiləri ilə bağlı MSK-da iclas keçirilir
-
Dünya15:38
Putin açıqladı: Martın 17-də keçiriləcək seçkilərdə...
-
Region15:08
Rusiyanın kabusu Cənubi Qafqazda - sərhədlərimizdə nə baş verir?
-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO
-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ