İdman
"Barselona" yay transferlərinə 120 milyon avro xərcləyəcək
"Barselona" prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, klub yay transfer pəncərəsində əhəmiyyətli dərəcədə məsrəfə hazırdır.
Bartameu "El Periodico"-ya müsahibəsində deyib: "Gəlirimiz vergi
ödənişlərinə və amortizasiyaya qədər təxminən 120 milyon avro
təşkil edir. Adətən biz bu məbləğin yarısını transferlərə
xərcləyirik. Lakin bu il biz bütün gəlirimizi yeni oyunçuların
alınmasına xərcləyə bilərik".
Katalonlar Viktor Valdes və Karles Puyolun gedişi ilə əlaqədar
qapıçı və mərkəz müdafiəçisi mövqeyinə oyunçu axtarırlar.
"Barsa"nın yeni qapıçısının "Borussiya"nın (Münhenqladbax) üzvü
Mark-Andre ter Şteqen olacağı gözlənilir. Bununla yanaşı,
katalonların "Çelsi"nin braziliyalı müdafiəçisi David Luis,
"Tottenhem"in holland oyunçusu Yan Vertonqen və "Portu"dan fransız
Elyakim Manqalaya maraq göstərdikləri bildirilir.
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO