Rusiyadan xain addım: Türkiyəli azarkeşləri Moskvaya buraxmadılar
Bizi izləyin

İdman

Rusiyadan xain addım: Türkiyəli azarkeşləri Moskvaya buraxmadılar

“Fənərbaxça” azarkeşlərini Avropa Liqasının 1/16 finalında Moskvada “Lokomotiv”lə keçiriləcək oyuna buraxmayıblar.

Publika.az xəbər verir ki, türk azarkeşlərə Rusiya səfirliyi viza verməyib. Bu barədə məlumatı “Fənər”in mətbuat xidmətinin rəhbəri Necati Mete yayıb:

“Türkiyədən bir azarkeş də Moskvaya gəlməyəcək. Məndə olan informasiya bundan ibarətdir. Bu problem viza ilə bağlıdır. Ola bilsin ki, “Fənərbaxça”nı Moskvada yaşayan türklər dəstəkləsin. Amma bu barədə də dəqiq bir söz deyə bilmərəm.

Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, viza üçün müraciət edən bütün idman jurnalistlərinə müsbət cavab verilib. Amma konsulluqdan qeyd ediblər ki, “Fənər” azarkeşləri onlara viza üçün müraciət etməyib.

Qeyd edək ki, İstanbulda baş tutan ilk oyunda 50-70 “Lokomotiv” azarkeşi matçı tribunadan izləmişdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm