Futbolda daha bir inqilabi yenilik: Bunu da etdilər - FOTOFAKT
Bizi izləyin

İdman

Futbolda daha bir inqilabi yenilik: Bunu da etdilər - FOTOFAKT

İngiltərə Premyer Liqanın 36-cı turu çərçivəsində baş tutan "Kristal Pelas" - "Mançester Yunayted" matçı (0:4) futbol adına tarixi hadisə ilə əlamətdar olub.

Publika.az xəbər verir ki, Londonda keçirilən oyunda çempionat tarixində ilk olaraq "RefCam" adlı yeni məhsuldan - hakimin qulaqcığının yanına taxılan kameradan istifadə edilib. Kameranın hansı məqsədlə istifadə olunacağı hələ dəqiq deyi. Bununla bağlı heç bir açıqlama da yoxdur.

Görünür oyunun gedişini hakimin gözü ilə izləmək məsləhət və lazım bilinib. Bununla onların nə qədər ədalətli olub-olmadıqlarını müəyyənləşdirmək olar.

Tezliklə hər matçda hakimlərin belə kameralardan istifadə etməsi planlaşdırılır.

Qeyd edək ki, son günlərdə bəzi aparıcı liqalarda da bu texnologiyadan istifadə edilməyə başlanılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm