Pəhləvanlarımız AÇ-dən 13 medalla qayıdır
Bizi izləyin

İdman

Pəhləvanlarımız AÇ-dən 13 medalla qayıdır

Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş Avropa çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası yarışı 3 qızıl, 4 gümüş, 6 bürünc medalla başa vurub.

Qızıl medala qadın güləşçisi Tatyana Omelçenko (60 kq), sərbəst güləşçi Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) layiq görülüb.

Yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq), qadın güləşçi Alyona Kolesnik (58 kq) və sərbəst güləşçi Hacımurad Ömərovla (70 kq) Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçisi Ruhin Mikayılovla (71 kq) Elton Vəzirzadə (80 kq), qadın güləşçi Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq), eləcə də sərbəst güləşçi Zəlimxan Vəliyev (61 kq) bürünc medala yiyələnib.

Komanda hesabında Azərbaycanın hər 3 növ üzrə yığmaları 4-cü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm