Mourinyo "Mançester Yunayted"in baş məşqçisi oldu
Bizi izləyin

İdman

Mourinyo "Mançester Yunayted"in baş məşqçisi oldu

Joze Mourinyo karyerasını bundan sonra da İngiltərədə davam etdirəcək.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Mançester Yunayted”lə müqavilə bağlayıb. Bu barədə məlumatı “Bild” nəşri yayıb.

Nəşrin məlumatına görə, “Qırmızı şeytanlar” Mourinyo ilə 2019-cu ilə qədər anlaşıb. O, mövsümün sonunda işinə başlayacaq.

“Bild” onu da iddia edir ki, Mourniyo ilə müqavilə bağlanması “Mançester Yunayted”in Zlatan İbrahimoviç uğrunda mübarizədə şansını artırıb.

MY-nin hazırki baş məşqçisi Lui Van Qal iki il ərzində ümidləri doğrultmadı. 2014-cü ildən baş məşqçisi olduğu “Mançestr Yunayted” cari mövsümdə 33 turdan sonra İngiltərə çempionatında 56 xalla 5-ci yeri tutur. Komanda artıq Çempionlar Liqası və Avropa Liqasında çıxışını dayandırıb.

Xatırladaq ki, J.Mourinyo keçən ilin dekabrında “Çelsi” klubundan istefaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm