Rio-de-Janeyroda 19 paralimpiyaçı ilə təmsil olunacağıq
Bizi izləyin

İdman

Rio-de-Janeyroda 19 paralimpiyaçı ilə təmsil olunacağıq

Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 19 idmançı ilə təmsil olunacaq.

Publika.az xəbər verir ki, onlardan 14-ü kişi, 5-i isə qadın idmançıdır.

Atletika yarışlarında Kamil Əliyev, Elçin Muradov, İradə Əliyeva, Yelena Çebanu, Rüfət Rəfiyev, Elmir Cəbrayılov, cüdoda İlham Zəkiyev, Ramil Qasımov, Bayram Mustafayev, Ramin İbrahimov, Rövşən Səfərov, Kənan Abdullaxanlı, Səbinə Abdullayeva, üzgüçülükdə Dmitri Saley, Roman Saley, poverliftinqdə Elşən Hüseynov, Rəzm Azər Əhməd Mahboub, atıcılıqda isə Yelena Taranova çıxış edəcək.

Azərbaycan idmançıları ümumilikdə 5 idman növündə mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm