İdman
Rəşad Sadıqov: Hər şey əlimizdən çıxdı
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Viktoriya" ilə 1:1 hesablı heç-heçə edən və iki oyunun yekununda Çempiolar Liqasında mübarizəni dayandıran "Qarabağ" yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Sadıqov oyunla bağlı bunları deyib:
- Deyiləsi çox söz yoxdu. Nə baş verdi, siz də şahidi oldunuz.
Qismət belə imiş.
- Bir neçə yüzfaizlik qol epizodunu qaçırdınız. Bu,
komandaya hücumçu lazım olduğunu göstərmir?
- Bu cür oyundan sonra nəyəsə ehtiyacın olduğunu demək çətindi.
Nəyə ehtiyac var? Qələbə qazanmaq üçün bundan artıq nə etmək olar,
anlamıram. Deməyə söz yoxdu. Boş qapıya düşə bilmiriksə... Rəqibə
bir dənə qol epizodu vermədik. 90 dəqiqə ərzində onlar qapımız
qarşısında real qol şansı əldə edə bilmədilər.
- Oyun başa çatdıqdan sonra Əfran İsmayılova irad
bildirirdiniz. Bunu oyun zamanı etmək olmazdı?
- İrad bildirmirdim. Qol epizodundan əvvəl demişdim ki, ortaya daha
çox düşsün. Düşsəydi, bəlkə çatardı.
- "Qarabağ"da nə çatmadı?
- Sırf qismətlə bağlayıram. 90 dəqiqə ərzində bu qədər hücum
qurduq.
- Amma qismət sizin tərəfinizdə olmalı idi. Bu qədər epizod
yaratdınız...
- Hər işdə bir xeyir var. Bunu deyib, üstündən keçək.
- Bugünkü oyun qədər təəssüfləndiyiniz başqa qarşılaşma
olub?
- "İnter"lə oyunu çıxsaq, bu qədər ağır oyunumuz olmamışdı. Mərhələ
adlamağa bu qədər yaxın olduğumuz məqamda şansımızı qaçırdıq.
- Əvəzetmələr tez edilmədi?
- Oyuna nəzarət bizim tərəfimizdə idi. 80-ci dəqiqədə də biz hücum
edir, qol vəziyyəti yaratmağa çalışırdıq. Rəqib cəmi bir dəfə imkan
tapdı, onda da qol vurdu.
- Riçard Almeyda oyunu sona qədər davam etdirə
bilməzdi?
- Çox yorulduğunu dedi. Buna görə də əvəzlənməyini istədi.
- Son dəqiqələrdə hücumda yer almağınız şəxsi təşəbbüsünüz
idi?
- Qurban müəllimin tapşırığı idi. O dedi ki, "hücuma keç".
- Avropa Liqasının play-off mərhələsinə hazırlaşa
biləcəksiniz?
- Çətin olacaq, komanda çöküb. Hesab başqa cür olsaydı, oyun fərqli
məcrada keçsəydi, bu qədər üzulməzdik. Məqsədimizə yaxınkən, hər
şey əlimizdən çıxdı, yox oldu.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”