İdman
Rio-2016: Yenə gümüş (YENİLƏNİB)
İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Qasımov gərgin keçən mübarizədə məğlub olaraq gümüş medalla kifayətlənib.
23:29
Elmar Qasımov ukraynalı rəqibi Artem Bloşenko ilə görüşdən qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. E.Qasımov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
20:03
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov yarımfinala çıxıb.
Cüdoçumuz 1/4 final mərhələsində Misir idmançısı Ramadan Darvişi ipponla məğlub edib. Görüş 58 saniyə davam edib.
Yarımfinalda onun rəqibi Ukrayna idmançısı Artyom Bloşenko olacaq.
19:12
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, rəqib əlcəzairli Layeş Buyakub olub. Görüşün əvvəllərində hakim L.Buyakuba passiv mübarizə aparması səbəbindən iki dəfə xəbərdarlıq edib. Görüşü xilas etmək istəyilə irəli atılan əlcəzairli cüdoçu vazari fəndi ilə üzləşib. O, sonradan eyni fəndi özü tətbiq etsə də, E.Qasımov cərimə xallarının çoxluğu hesabına 1/4 finala yüksəlib.
Cüdoçumuz Rio-de-Janyerodakı ilk görüşündə rusiyalı Taqir Xaybullayevi məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycan cüdoçusunun növbəti rəqibi Ramadan Darviş (Misir) - Xose Armenteros (Kuba) qarşılaşmasının qalibi olacaq.
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO