Dünya
Putinin partiyasının binası yandırıldı - VİDEO
Rusiya prezidenti Vladimir Putinin təsis etdiyi Vahid Rusiya Partiyasına hücum edilib.
Publika.az xəbər verir ki, Rusiya ordusu üçün ianə və yardımların toplandığı Arxangelskdə Vahid Rusiya Partiyasının binası 16 yaşlı şəxs tərəfindən yandırılıb.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə üzünü gizlədən şəxsin özü ilə gətirdiyi tez alışan materialla partiya binasına hücum etdiyi görülüb.
Hücumdan sonra partiya binası alovlanarkən yanğınsöndürənlər yanğını binaya keçmədən söndürüblər. Hücum gecə saatlarında həyata keçirildiyi üçün xəsarət alan olmayıb.
Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hücumu təşkil edən şəxsin müəyyən edilərək yaxalandığı bildirilir:
“Şübhəli polis qüvvələrinin dəstəyi ilə Daxili İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) qrupları tərəfindən bir neçə saat ərzində saxlanılıb. Məlum olub ki, şübhəli şəxs 16 yaşlı şəhər sakinidir. İstintaq hücumda iştirak edən şəxslərin, o cümlədən Ukrayna ilə əlaqənin olması ehtimalını müəyyən etməyə davam edir”.
Roza
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi



































