İdman
Rio-2016: Bayraqdarımız inamla irəliləyir - 1/4 final
Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının 1/8 finaldakı rəqibi hollandiyalı Peter Mullenberq olub.
İlk iki raunddan üstün ayrılan Məmmədov sonuncu raundda da rəqibinə şans verməyib. Nəticədə Azərbaycan yığmasının bayraqdarı görüşü qələbə ilə başa vuraraq, daha bir mərhələ adlayıb.
Məmmədov 1/4 finalda Mixail Dovqalivets (Belarus) - Adilbek Niyazımbetov (Qazaxıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl Rio-2016-da Rüfət Quliyev (49 kq), Cavid Çələbiyev (56 kq) və Pərviz Bağırov (69 kq) ilk, Abdulqadir Abdullayev (91 kq) ikinci görüşündə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Albert Səlimov (60 kq), Lorentso Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) ikinci görüşündən qalib ayrılıb. Dünya çempionu Elvin Məmişzadə (52 kq) və yeganə qadın boksçu Yana Alekseyevna (60 kq) isə hələ mübarizəyə başlamayıb.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO