“Qalatasaray” azarkeşləri derbi ərəfəsində bıçaqlandı
Bizi izləyin

İdman

“Qalatasaray” azarkeşləri derbi ərəfəsində bıçaqlandı

Türkiyədə bu gecə "Beşiktaş"la "Qalatasaray" arasında baş tutacaq Superkubok matçından öncə gərgin xəbərlər gəlir.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Konyada baş tutacaq matçdan öncə iki komandanın fanatları arasında dava düşüb.

Hadisə Konya-Ankara avtomobil yolunda baş verib. Məlumata görə, iki komandanın fanatlarını daşıyan avtobus yolda istirahət üçün dayanıb. Bu zaman azarkeşlər arasında dava düşüb, tərəflər bir-birinə daş və taxta parçaları ilə hücum çəkib. Nəticədə 3 "Qalatasaray" azarkeşi bıçaqlanıb.

Olay təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sakitləşdirilib. Hadisədən dərhal sonra əraziyə çox sayda ambulans göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib, polis araşdırmaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm