Rio-2016: Medalı boynuna, üzüyü barmağına taxdı - GÖZLƏNİLMƏZ EVLİLİK TƏKLİFİ
Bizi izləyin

İdman

Rio-2016: Medalı boynuna, üzüyü barmağına taxdı - GÖZLƏNİLMƏZ EVLİLİK TƏKLİFİ

Braziliyada davam edən Olimpiya oyunlarında üçmetrlik tramplindən tullanmada 2-ci olan Çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb.

Publika.az xəbər verir ki, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici qarşısında evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.

He Zi verdiyi açıqlamada, bu təklifi gözləmədiyini, ancaq 6 illik sevgilisini sevdiyi və güvəndiyi üçün təklifini qəbul etdiyini bildirib. (goal.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm