İdman
Yayda olimpiada olmayacaq – QLOBAL İSTİLƏR GƏLİR
Amerikalı alimlər müəyyən ediblər ki, 2084-cü ilədək qlobal istiləşmə dünyanın əksər şəhərlərində Yay Olimpiya Oyunlarının keçirilməsinə imkan verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə məlumat “The Lancet” jurnalında yer alıb. Berkli şəhərində Kaliforniya Universitetindən iqlimşünaslar kollektivi müəyyən edib ki, 70 ildən sonra Şimal yarımkürəsində (Avropa ölkələrini çıxmaqla) cəmi səkkiz şəhər, Şimali Amerikada isə cəmi üç şəhər Oyunları qəbul edə bilər. Digər şəhərlərdə temperatur atletlər və tamaşaçılar üçün dözülməz olacaq.
Alimlər temperaturu, rütubətliliyi, istilik radiasiyasını və küləyin sürətini nəzərə almaqla bu nəticəyə gəliblər. Araşdırma zamanı azı 600 min əhalisi olan şəhərlər (Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə görə yalnız orada keçirilə bilər) nəzərdən keçirilib. Dəniz səviyyəsindən 1,5 kilometrdən hündürlükdə yerləşən meqapolislər digər məsələlərə görə (hər şeydən əvvəl seyrək hava səbəbindən) istisna edilib.
Bu meyarlara müvafiq olaraq Latın Amerikasında və Afrikada XXI əsrin sonlarından başlayaraq Yay Olimpiya Oyunlarını keçirmək mümkün olmayacaq. Qərbi Avropada 25 şəhər bu və ya digər tədbiri ləğv etmək riskinin az olması ilə üzləşəcək. Dünyanın qalan hissəsində Oyunların keçirilməsi üçün yararlı olan cəmi səkkiz şəhər var: Sankt-Peterburq, Krasnoyarsk, Riqa, Bişkek, Ulan-Bator, San-Fransisko, Kalqari və Vankuver. Lakin güzəştə gedilərsə, yəni, Oyunların proqramından müəyyən idman növləri çıxarılarsa və ya müvafiq yarışların açıq səma altında keçirilməsi dayandırılarsa, siyahını genişləndirmək olar.
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi