İdman
Rio-2016: Növbəti medal boksdan gəldi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor 1/4 final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 64 kq çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi həmyerlisi Yasnier Toledo olub.
İlk iki raundda Sotomayorun üstünlüyü qeydə alınıb. Sonuncu raundda da Toledo vəziyyəti xeyrinə dəyişə bilməyib.
Beləliklə, Azərbaycanın daha bir boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.
Qeyd edək ki, daha öncə 75 kq çəkidəki boksçu Kamran Şahsuvarlı bürünc medalı təmin edib.
-
Hadisə09:33
Sumqayıtda PARTLAYIŞ oldu: 3 nəfər... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi