İdman
Azərbaycan Olimpiya Oyunlarında rekordunu yenilədi
Azərbaycan müstəqillik qazandıqdan sonra təmsil olunduğu Yay Olimpiya Oyunlarında mütləq rekord müəyyənləşdirib.
Ölkəmiz 1992-ci ildə keçirilən Barselona Olimpiadasından bu yana ən çox idman növündə Olimpiya medalçısı olub.
Bu, 49 kq çəkidə çıxış edən taekvondoçu Patimat Abakarovanın qazandığı bürünc medal sayəsində reallaşıb. Nəticədə Azərbaycan "Rio-2016"da 5 növdə - taekvondo ilə yanaşı, cüdoda Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və qadınlarda Mariya Stadniklə (48 kq), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) medal qazanıb.
Əslində, boksda Azərbaycanın medalının əyarı hələ dəqiqləşməsə də, Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayorun ən azı "bürünc"ü özlərinə təmin etdikləri artıq bəllidir. Sadəcə, onların çıxışları başa çatmamış medal ölkənin aktivinə yazılmır.
Azərbaycan təmsilçiləri "Barselona-1992"də 2 (cüdo və idman gimnastikası), "Atlanta-1996" 1 (sərbəst güləş), "Sidney-2000" (sərbəst güləş, atıcılıq, boks) və "Afina-2004"də 3 (atıcılıq, yunan-Roma güləşi, boks), "Pekin-2008" (cüdo, yunan-Roma güləşi, sərbəst güləş, boks), "London-2012 (ağır atletika, yunan-Roma güləşi, boks) 4 növdə mükafatçı olublar.
22 yaşlı Abakarova eyni zamanda Azərbaycana tarixində ilk dəfə taekvondoda Olimpiya medalı qazandırıb. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmadığından, Patimat tarixi nailiyyətə imza atıb. Azərbaycan isə olimpiadada artıq 8 növdə medala yiyələnib. "Rio-2016"da ilkə imza atan kayak olub. Göründüyü kimi, Braziliyada birdən-birə 2 yeni idman növündə fərqlənə bildik və hər ikisində də bürünc mükafatçı olduq.
Xatırladaq ki, Abakarova "Bakı-2015" I Avropa Oyunlarının gümüş mükafatçısı olub. (report)
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO