İdman
Gümüş medalçımız: “...Karyeramı bitirməliyəm”
"Əlamətdar hisslər keçirirəm. Gərgin yürüş keçdi. Bütün rəqiblərim çox güclü idi. Elə alındı ki, mən ikinci yeri tutdum".
Publika.az xəbər verir ki, bunu Azərbaycan kanoeçisi Valentin Demyanenko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündən sonra deyib.
O bildirib ki, hər bir idmançı kimi olimpiya çempionluğu əldə etmək istəyib: "Elə bir idmançı yoxdur ki, olimpiadada 2-3-cü yerləri tutmaq istəsin. Hamı qalib gəlməyə can atır. Hər kəs öz gücünə əmin olur. Burada dünyanın özünə ən çox inanan insanları toplaşmışdı. Hər kəs özü üçün qalibdir. Amma yürüşün gedişi başqa şeyi göstərdi. Amma təəssüflənən deyiləm. Nə etmək olar?"
Demyanenko hər kəsə idmanla məşğul olmağı tövsiyə edib: "Bu idman növü hər an səni məsuliyyətli olmağa məcbur edir. Mən yüz faiz hazırlıqlı idim. Döyüşdən sonra yumruq atmazlar. Amma gümüş medal mənlik deyil. 15 ildir bu növlə məşğulam. Bu, ömrümün yarısı edir. 2020-ci il Tokio olimpiadasında 200 metr məsafəyə yürüş olmayacaq. Ona görə də ya başqa məsafəyə keçməli, ya da karyeramı bitirməliyəm. Hələ bu barədə düşünəcəyəm. Buradan gedib ata-anamı görəcəyəm. İndi də onlara zəng etməyə tələsirəm".
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Hadisə09:33
Sumqayıtda PARTLAYIŞ oldu: 3 nəfər... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO