İdman
Rio-2016: Bu gün 6 idmançımız yarışacaq
Rio Olimpiadası davam edir.
Publika.az xəbər verir ki, mötəbər turnirin 14-cü günündə Azərbaycanın daha 6 idmançısı mübarizə aparacaq.
Boksçumuz Lorenzo Sotomayor (64 kq) yarımfinal döyüşünə çıxacağı halda, digər 5 atletimiz Olimpiya Oyunlarında debüt edəcəklər.
Kişi taekvondoçuların mübarizəsində 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Harçeqani və xanım taekvondoçumuz Fəridə Əzizova (67 kq) günü medalla başa vura bilər.
Həmçinin sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənovun (74 kq) da yarışa başladıqları gün mükafat sevinci yaşamaq ehtimalları var.
Bədii gimnastımız Marina Durunda isə dörd növdə təsnifat yarışlarında çıxış edəcək.
Taekvondo
1/8 final
17:15 Milad Beiqi Harçeqani (80 kq) – İsmael Kulibali (Mali)
18:30. Fəridə Əzizova (67 kq) – Peyc Makferson (ABŞ)
Sərbəst güləş
1/8 final
17:25 Hacı Əliyev (57 kq) – Cunsik Yun (Cənubi Koreya)
17:50 Cəbrayıl Həsənov (74 kq) – Karlos Arturo İzquerdo (Kolumbiya)
Boks. Yarımfinal
21:45 Lorenzo Sotomayor (64kq) – Artyom Harutunyan (Almaniya)
Bədii gimnastika. Təsnifat mərhələsi
17:20 Marina Durunda
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu