Radik İsayev: “Qələbəmi anama həsr edirəm”
Bizi izləyin

İdman

Radik İsayev: “Qələbəmi anama həsr edirəm”

"Hələ Olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Hazırda ancaq ayağımda ağrılar hiss edirəm".

Publika.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsində Rio-2016-da qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev deyib.

Radik İsayev deyib: “Mən hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıram. Rəqiblərimin hamısını tanıyırdım. Olimpiadadan medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasında düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə ilk azarkeşlərimə - valideynlərimə, anama həsr edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm