İdman
“Qarabağ” “Neftçi”ni darmadağın etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turuna yekun vurulub.
Publika.az xəbər verir ki, turun son oyununda "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.
Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"dakı matç nominal meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Əl Hərbi Əl-Jadeyuinin zərbəsini qonaqların qapıçısı Krşevan Santini dəf etsə də, top müdafiəçi Jayro Rodrigesə dəyərək qapı xəttini keçib – 1:0.
İkinci qol isə matçın 47-ci dəqiqəsində vurulub. Bu dəfə Mahir Mədətov adını tabloya yazdırıb. Oyunda son nöqtəni Əl Hərbi Əl-Jadeyui qoyub və oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər qarşılaşmasında "Zirə" AZAL-ı 3:1 hesabı ilə məğlub edib. "İnter" isə "Kəpəz"lə sülh bağlayıb - 2:2.
"Qəbələ" - "Sumqayıt" matçı isə "qırmızı-qaralar"ın Peşəkar Futbol Liqasına müraciətindən sonra təxirə salınıb.
-
Yaxın Şərq10:36
Üsyançılar Suriyada “İnsan qəssabxanası” adlı həbsxanadan məhbusları azad etdilər
-
Yaxın Şərq09:48
Suriyada Əsədin atasının daha bir abidəsi AŞIRILDI - ANBAAN VİDEO
-
Əmlak09:36
İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: gələn ildən... - VİDEO
-
ABŞ09:24
Bayden Suriyadakı fövqəladə hadisələrə REAKSİYA VERDİ
-
Ekologiya07:17
Bu gün yağış yağacaq
-
Magazin106:46
Vüsaləyə 1000 manatlıq hədiyyə göndərdilər - VİDEO
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO