“Qalatasaray” Siqtorssonun adını dəyişdi – Çünki...
Bizi izləyin

İdman

“Qalatasaray” Siqtorssonun adını dəyişdi – Çünki...

Heyətini İslandiya millisinin hücumçusu Kolbeinn Siqtorssonla gücləndirən “Qalatasaray” daha bir çətin məsələnin həllini tapıb.

Publika.az xəbər verir ki, soyadının çətin (!) tələffüz olunması səbəbindən onun formasında adı (Kolbeinn) yazılacaq. Bu, “Sarı-qırmızılılar”da ilk belə haldı. Adətən formanın arxasına futbolçuların soyadı yazılıb.

26 yaşlı forvard artıq İstanbuldadır. Dünən tibbi müayinədən keçən forvardla 1 illik müqavilə imzalanıb. O, icarə əsasında “Qalatasaray”da oynayacaq.

Qeyd edək ki, Kolbeinn Siqtorsson peşəkar karyerasına Hollandiyanın "Alkmaar" klubunda başlayıb. 2011-ci ildə 4 milyon avro qarşılığında "Ayaks"a transfer olunan hücumçu bu komandada 4 mövsüm forma geyinib (107 oyun, 35 qol). 2015-ci ildə 3,8 milyona "Nant"a keçən futbolçu Fransa klubunun heyətində indiyədək 31 oyun keçirib və 4 qol vurub.

Kolbeinn Siqtorsson karyerası ərzində 4 kubok qazanıb. 2012, 2013 və 2014-cü illərdə "Ayaks"la Hollandiya çempionu olan futbolçu 2013-də Super Kuboka da sahib çıxıb.

26 yaşlı hücumçu 2010-cu ildən İslandiya millisinə çağırılır. Bu müddətdə 44 oyun keçirib və 22 qol vurub. O, komandanın heyətində AÇ-2014-ün iştirakçısı olub. Turnirdə 5 oyuna çıxan futbolçu 2 qola imza atıb.

Kolbeinnin böyük qardaşı Andri Siqtorsson da futbolçu olub. Hazırda 39 yaşında olan və karyerasını bitirən böyük Siqtorsson "Molde" və "Salzburq"da forma geyinib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm