İdman
Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib
Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Marian Dima məlumat verib.
Onun sözlərinə görə, artıq iki klub arasında razılaşma əldə olunub: "Neftçi" ilə razılaşmışıq. Hazırda Araz milli komandanınm düşərgəsindədir və San Marino yığması ilə oyuna hazırlaşırlar. O, millinin düşərgəsindən qayıtdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək".
A.Abdullayev isə "Report"a açıqlamasında hazırda bütün diqqətini milli komandaya yönəltdiyini bildirib: "Qarşıda DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunumuz var. Bu oyundan qayıtdıqdan sonra hansısa məsələ haqda danışmaq olar".
Qeyd edək ki, Curcu şəhərini təmsil edən "Astra" klubu ötən mövsüm Rumıniya çempionatının qalibi olub. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rumıniyada yay "transfer pəncərəsi" sentyabrın 5-də bağlanır. ("Report")
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO