İdman
194 sm boya malik gözəlçə Azərbaycana niyə gəlir? - FOTOLAR
Azərbaycanın “Lokomotiv” voleybol klubunun transfer etmək istədiyi voleybolçunun adı məlum olub.
Publika.Az xəbər verir ki, “Dəmiryolçular” Serbiya millisinin keçmiş ulduzu Yelena Nikoliçini almaq istəyir. Belə ki, 2012/2013 mövsümündə klubsuz qalan, ardınca Türkiyə “Vakıfbank”ına keçən 32 yaşlı hücumçu artıq İstanbul təmsilçisindən ayrıldığından transfer siyahısına daxil edilib.
Yayılan məlumatlara görə, “Vakıfbank”da gününü ehtiyatda keçirən 194 sm boya malik voleybolçu ilə danışıqlara start da verilib. Lakin millisinin heyətində Avropa çempionu, Avroliqanın qalibi olan Nikoliç hələ yekun qərarı verməyə tələsmir.
Buna səbəb Çempionlar Liqasının və klublararası dünya çempionatının qızıl medalçısının eyni zamanda İstanbulun “Əczaçıbaşı”, “Qalatasaray” və “Beşiktaş” klubundan da real təklif almasıdır. Serbiyalı isə bu 4 klubun irəli sürdüyü anlaşmanı nəzərdən keçirib, son sözünü deyəcək.
Aygün İlqarqızı
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ