İdman
“Neftçi”də istefa, yoxsa növbəti şou?
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.
4 ildir ki, bu klubda çalışan Süleymanov “Rəvan”la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib.
Publika.az futbol11.az-a istinadən xəbər verir ki, bunu Süleymanovun özü də təsdiqləyib: “Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü tarixi olan “Neftçi” klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, “Rəvan” – “Neftçi” matçını izləyə bilərəm”.
Xatırladaq ki, Tahir Süleymanov buna qədər bir neçə dəfə istefa ərizəsi yazıb. Amma hər dəfə onun ərizəsi klub prezidenti tərəfindən qəbul edilməyib.
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ