İdman
“Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunub
Sentyabrın 30-da Bakı Olimpiya Stadionunda futbol üzrə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar hazırlanan loqosunun təqdimat mərasimi keçirilib.
AFFA-dan bildiriblər ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, AFFA-nın rəhbərliyi və digər şəxslər iştirak ediblər.
Dünya futbolunun əfsanələrindən olan, “Avro-1988”in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit xüsusi qonaq kimi tədbirə qatılıb.
Mərasimdə Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov və UEFA-nın prezidenti Aleksander Çeferin çıxış ediblər.
Sonra indiyədək keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları “Avro-2020”nin oyunlarının ev sahibliyi ilə əlaqədar Bakının namizədliyi irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər.
Sonda akrobatların maraqlı çıxışlarının müşayiəti ilə loqo təqdim edilib.
Qeyd edək ki, futbol üzrə ilk Avropa çempionatının keçirilməsinin 60 illik yubileyi ilə əlaqədar “Avro-2020”yə 13 şəhər ev sahibliyi edəcək. Bunlar Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqo (Şotlandiya) şəhərləridir.
Bakıda çempionatın dörd - qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu keçiriləcək.
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev çempionatının oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasına dair Sərəncam imzalayıb.
-
İdman02:42
"Çelsi" Ermənistan klubunu DARMADAĞIN ETDİ
-
Qarabağ 02:22
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər - VİDEO
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil7 Noyabr 19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI