İdman
Vitse-prezident: “Bu, içimizdə olan ermənilərin işidir”
Azərbaycan kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov yenə maraqlı açıqlaması ilə diqqət çəkib.
Publika.Az xəbər verir ki, "Neftçi" fk-nın keçmiş idman direktoru, hazırda klubda hüquqşünas kimi çalışan (Sadıq Sadıqovun dediyinə görə) sosial şəbəkədə kikboks və futbolda olan fərqlər barədə məlumat verib:
“Artıq 4 ildir böyük futbolun içindəyəm. 16 ildir Kikboksinq federasiyasında həm vuruşmuşam, həm də rəhbərlikdə çalışıram. 98 klubumuz Azərbaycanın rayonlarında fəaliyyət göstərir və bu ağır idman növündə inanın o qədər mehriban ailə qurmuşuq ki, hər bir klub biri - biri ilə dostluq qardaşlıq edirlər. Və bizim bu gün ən az 10 minə yaxın kubokçumuz zallarda məşq edir. Milli komandaya qatılmaq üçün əllərindən gələni edirlər, birlik qardaşlıq nümayiş edirlər.
Amma futbolda başqadır hər şey. İndi baxıram nə futbol, nə azarkeş... Hər kəs bölgələri ayırmağa çalışır. Bunu bilsinlər ki, Azərbaycanı bölgələrə ayırmaq ancaq içimizdə olan ermənilərin işidir. Bütün azarkeşlərə səslənirəm, futboldan kənara çıxmayaq, onsuz da önümüzdə düşmənlərimiz var.
Bir də durub özümüz-özümüzə qənim kəsilməyək. Əsas hədəfimiz klublarımızın uğurunu, millimizi dünya və Avropa çempionatlarında görməkdir.
Bu gün diqqət etməliyik ki, Ermənistanın bir dənə də güclü futbol klubu yoxdur . Görürsünüz, nə qədər bic millətdir, əsas gücü milli komandalarına ayırıblar. Amma biz bir-birimizi yıxmaqla məşğuluq. Belədə heç vaxt inkişaf ola bilməz. Hamımız hər hansı bir klubumuz Avroliqa və ÇL də iştirak edərsə, bir yerdə o kluba dəstək verməliyik. Hesab edirəm ki, qazanılan hər bir uğur Azərbaycan Respublikasının, dövlətimizin uğurudur”.
Aygün İlqarqızı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO