İdman
"Qarabağ" məğlub oldu
Fevralın 28-də Topaz Premyer Liqasının XX turunun sonuncu oyununda “Qarabağ” komandası “İnter”ə məğlub olaraq çempionatda liderliyi əldən verib.
Publika.az xəbər verir ki, “Azərsun Arena”da oynanılan görüş qarşılıqlı hücumlar şəraitində keçib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab açılmayıb.
Matçın taleyini müəyyən edən yeganə qol matçın 72-ci dəqiqəsində qeydə alınıb. “İnter”in futbolçusu Zurab Xizanişvili ağdamlıların qapısına yol tapıb. Qalan dəqiqələrdə “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
XX turdan sonra çempionatdakı ikihakimiyyətliliyə son qoyulub. Bu gün Gəncədə “Kəpəz” ilə oyunda heç-heçədən (1:1) sonra aktivində 43 xal olan “Qəbələ” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 42 xalla ikinci, “İnter” isə 36 xalla üçüncü sıradadır. Digər yerlərdə isə müvafiq olaraq, “Zirə” (26 xal), “Sumqayıt” (25), “Neftçi” (20), “Kəpəz” (17) və “AZAL” (18) komandaları qərarlaşıblar.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi