İdman
Hava limanına Ronaldonun adı verildi - - FOTO
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı doğulduğu Madeyra adasındakı beynəlxalq aeroporta verilib.
Publika.az xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimdə Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa, Baş nazir Antonio Kosta, Madeyra muxtar bölgəsinin rəhbəri Migel Albukerke və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş iştirak ediblər.
Portuqaliya Prezidenti çıxışında 32 yaşlı şəxsin adının hava limanına verilməsinin riskli, amma cəsur addım olduğunu vurğulayaraq deyib: “Ronaldo dünyada əcnəbilərin və milyonlarla portuqaliyalının sevdiyi futbolçudur. O, dünyanın ən yaxşı futbolçusu, Portuqaliya millisinin kapitanı kimi mükəmməllik nümunəsidir. Bu, bizi çox qürurlandırır. Madeyranın və Portuqaliyanın ona inamı tamdır”.
Ronaldo Madeyra adasındakı Funçal bölgəsində doğulub. O, yeganə gəlir mənbəyi turizm olan bu bölgənin inkişafına fəal dəstək verir. Adada beşulduzlu oteli və şəxsi uğurlarının nümayiş etdirildiyi muzeyi olan ulduz futbolçu ötən il Madeyrada baş verən yanğından sonra bölgəyə xeyli məbləğdə yardım göstərmişdi. (AZƏRTAC)
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ