"Qara mirvari": 16 yaşı, 30 milyon avro qiyməti var
Bizi izləyin

İdman

"Qara mirvari": 16 yaşı, 30 milyon avro qiyməti var

Transfer qiyməti 30 milyon avrodur.

“Barselona” “Flamenqo”nun U-20 komandasında top qovan Vinisius Juniorun xidmətində maraqlıdır.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisi 16 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “göy-qırmızılar”ın Vinisiusun transferində qarşılaşdığı əsas maneənin isə onun cəmi 16 yaşının olması və peşəkar menecerinin olmaması göstərilib.

“Flamenqo”yla 2019-cu ilin yayınadək müqaviləsi olan futbolçunun transfer qiyməti 30 milyon avrodur.

Braziliyanın U-17 millisinin üzvü olan Junior sol cinah yarımmüdafiəçisi və hücumçu mövqeyində çıxış edir. O, milli formada meydana çıxdığı 22 oyunda 19 qola imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm