"Ronaldo qədər ac oyunçu görməmişəm"
Bizi izləyin

İdman

"Ronaldo qədər ac oyunçu görməmişəm"

"Bu aralar daha sakit tərzdə oynayır".

Alman məşqçi Bernd Şuster “Real”ın hücumçusu Kriştiano Ronaldo barədə danışıb.

Komanda.az xəbər verir ki, Şuster ölkəsinin mətbuatına açıqlamasında portuqaliyalı hücumçunun oyununda geriləmə olduğunu deyib:

“Ronaldonun oyununda geriləmə var. Bu, bir müddətdi belədir. Lakin mən onun qədər ac oyunçu görməmişəm. Komandası 4:0 hesabıyla öndə olsa belə, o, daha iki qol vurmaq üçün mübarizə aparır. Ən azı penaltidən fərqlənməyə səy göstərir. Bu xüsusiyyəti son zamanlar nəzərə çarpmır. Bu aralar daha sakit tərzdə oynayır”.

Şuster 2007-2008-ci illərdə "Real"ın baş məşqçisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm