FHN-in idmançısı qalib oldu - - FOTO
Bizi izləyin

İdman

FHN-in idmançısı qalib oldu - - FOTO

Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan Güləş Federaiyasının Beynəlxalq Turniri keçirilib.

Publika.az xəbər verir ki, turnirdə 11 komanda, 100-ə yaxın idmançı 8 çəki dərəcəsində güclərini sınayıb.

Çempionatda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Ələsgər Məmmədəliyev 54 kq çəki dərəcəsində rəqiblərini üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absayıdov hazırlayıb.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev idmançını qəbul edib, ona qiymətli hədiyyələr verərək uğurlar arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm