Bu yay Azərbaycana transfer olunan ən bahalı futbolçular - SİYAHI
Bizi izləyin

İdman

Bu yay Azərbaycana transfer olunan ən bahalı futbolçular - SİYAHI

Artıq transfer pəncərəsi bağlanıb. Bundan sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətlərinə qata bilərlər.

Bu yay Azərbaycan klubları transfer bazarında çox passiv göründü. Yalnız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" və nisbətən "Qəbələ" müəyyən fallıq göstərdi. Digərləri isə əsasən yerli futbolçuları və ucuz əcnəbiləri heyətlərinə qatdı.

Bəs bu yay ölkəmizə gələn ən bahalı futbolçular kimlər olub? Fanat.Az "Transfermarkt"ın qiymətləndirməsinə əsasən, bu yay ölkəmizə gələn ən bahalı futbolçuları müəyyənləşdirib.

Məlum olub ki, ən bahalı futbolçuları "Qarabağ" transfer edib. Ağdam klubunun PAOK-dan icarəyə götürdüyü Pedro Enrikenin transfer qiyməti 3 milyon avrodu. Ağdam klubunun dünən axşam Yunanıstan "Olimpiakos"undan icarəyə götürdyü Norveç millisinin üzvü Tarik Elyunussiyə 1,5 milyon avro qiymət qoyulub. Ukrayna "Şaxtyor"undan "Qarabağ"a gələn Anton Kanibolotskinin dəyəri isə 1 milyon avrodu.

1. Pedro Enrike (PAOK-dan "Qarabağ"a) - 3.000.000

2. Tarik Elyunussi ("Olimpiakos"dan "Qarabağ"a) - 1.500.000

3. Anton Kanibolotski ("Şaxtyor"dan "Qarabağ"a) - 1.000.000

4. Vild-Donald Gerye ("Alanyaspor"dan "Qarabağ"a) - 800.000

5. Yakub Jezniçak ("Legiya"dan "Qarabağ"a) - 700.000

6. Stiven Jozef-Monroz ("Brest"dən "Qəbələ"yə) - 700.000

7. Dion Malone ("Den Haaq"dan "Qəbələ"yə) - 700.000

8. Deyv Bultuis ("Nürnberq" "Qəbələ"yə) - 700.000

9. Jozef Bum ("Qaziantep BB"dən "Zirə"yə) - 600.000

10. Ramil Şeydayev ("Trabzonspor" "Qarabağ"a) - 500.000

11. Endi Hallidey ("Reyncers"də "Qəbələ"yə) - 500.000

12. Famussa Kone ("Göztəpə"dən "Qəbələ"yə) - 500.000

Oxumağa davam et
Reklam
Reklam

Gündəm