İdman
"Qəbələ" Syominlə yolları ayırdı
"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu qərar Azərbaycan kubokunun final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.
Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb-qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin, son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb:
"Doğrudan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".
"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında uğurlar arzulayıb.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO