Marek Suxi: "İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin" - - FOTOLAR
Bizi izləyin

İdman

Marek Suxi: "İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin" - - FOTOLAR

DÇ-2018-in seçmə mərhələsində sabah millimizin qonağı olacaq Çexiya yığmasının müdafiəçisi Marek Suxi oyunöncəsi mətbuat konfransında iştirak edib.

Publika.az xəbər verir ki, "Bazel"in müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

- Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdır. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?

- Bu bizim üçün əlavə stimuldur. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdir.

- Siz Azərbaycan millisi haqda nə bilirsiniz?

- Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarımızın sayını artırmağa çalışacağıq.

- Çexiya mətbuatında tez-tez qeyd edilir ki, ölkənizin Azərbaycanı uda bilməməyi onu DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?

- Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq.

- Artıq hər iki komandanın şansı yoxdur. Siz bu matça necə hazırlaşmısız?

- Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.

- Azərbaycanla matçdan çəkinmirsiz?

- Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.

- Müdafiə xətti haqda nə deyə bilərsiniz?

- Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm