Taekvondoçularımız beynəlxalq turnirdə iki medal qazandı
Bizi izləyin

İdman

Taekvondoçularımız beynəlxalq turnirdə iki medal qazandı

Ölkəmizi beynəlxalq turnirlərdə uğurla təmsil edən taekvondoçularımız daha iki medala yiyələnib.

Publika.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən “Turkish Open” turnirində sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət milli komandası mübarizəyə qatılıb.

Komandadan 63 kq çəki dərəcəsində yarışan Cavad Ağayev və 44 kq çəki dərəcəsində yarışan Minayə Əkbərova finalın bir addımlığından geri qayıdaraq gümüş medalla kifayətləniblər.

Yarışa sabah yekun vurulacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm