Məşhur xanım müğənni "Qalatasaray"ın prezidenti OLA BİLƏR
Bizi izləyin

İdman

Məşhur xanım müğənni "Qalatasaray"ın prezidenti OLA BİLƏR

Türkiyəli məşhur müğənni Candan Erçetin “Qalatasaray” klubunun prezidenti vəzifəsinə namziəd olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Xəbərtürk” qəzeti iddia ilə çıxış edib.

Qəzetin yazarı Meriç Müldür bildirib ki, məsələ ilə bağlı müğənni ilə danışıqlar aparılıb və simvolik prezidentliklə güclü idarəetmənin qurulması planlaşdırılır:

“Uzaq bir ehtimal kimi görünsə də, C.Erçetin gündəmdə var. Özü ilə də danışıqlar aparılıb. Nə "hə" deyib, nə də yox”.

“Qalatasaraylılar dərnəyi”nin 100-cü ilində prezidentlik edən, klubun idarəetmə heyətində də yer alan müğənninin simvolik prezidentliklə bağlı araşdırmaları var. Onun səsvermədə ən böyük rəqibinin isə Mustafa Cengiz olduğu bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm