İdman
"Qalatasaray" liderliyi ələ keçirdi - VİDEO
Türkiyə Superliqasının 29-cu turunun mərkəzi görüşündə çempionluğa əsas namizədlər "Qalatasaray" və "Başakşehir" qarşılaşıb.
Publika.az xəbər verir ki, turun ən maraqla gözlənilən və liderlik uğrunda mübarizə aparan komandaların görüşü 2:0 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb.
hesabı meydan sahiblərinin braziliyalı müdafiəçisi Mariano açıb. İkinci qol isə avtoqol olub. "Başakşehir"in toqolu hücumçu Emmanuel Adebayor fərqlənib.
Gərginliyi ilə yadda qalan qarşılaşmada baş hakim Halil Umut Meler futbolçulara 6 sarı kart göstərib. Bundan başqa, "Qalatasaray"ın azarkeşləri komandanın sabiq futbolçusu Arda Turana qarşı oyunboyu sərt reaksiya göstərərək "Cim-bom"a xəyanət edənə, biz də edərik" şüarı səsləndiriblər.
Fatih Terimin komandası bu qələbədən sonra xallarının sayını 60-a çatdıraraq yenidən lider olub. İkinci və üçüncü yerlərdə qərarlaşan "Beşiktaş" və "Başakşehir"in hər birinin 59 xalı var. "Fənərbağça" 57 xalla dördüncüdür.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO