"Liverpul"un qapıçısı qolları Ramosa görə "səhvən" buraxıb - Analiz nəticələri bəlli oldu
Bizi izləyin

İdman

"Liverpul"un qapıçısı qolları Ramosa görə "səhvən" buraxıb - Analiz nəticələri bəlli oldu

UEFA Çempionlar Liqasının finalında “Real Madrid” ilə “Liverpul” arasında keçirilən matçda kritik səhvlərlə yadda qalan ingilislərin qapıçısı Loris Kariusun səhvlərinin əsl səbəbi bəlli olub.

Publika.az xəbər verir ki, “Real”ın oyunçusu Serxio Ramosdan dirsək zərbəsi yeyərək yerə yıxılan Karius bu zərbədən travma alıb.

Buna görə də performansı mənfiyə doğru getməyə başlayıb və matçın sonuna qədər qapıda qalan oyunçu iki xətalı qol buraxıb.

Kariusun xəstəxanada verdiyi testlərin nəticələrini açıqlayan həkim Ross Zafonte yediyi zərbədən sonra onun görmə qabiliyyətinin zəiflədiyini bildirib.

Almaniyanın “Bild” qəzeti isə Kariusun girdiyi 30 testdən 26-da travma yaşadığının təsdiqləndiyini yazıb.

Qeyd edək ki, final görüşməsi 3:1 hessabı ilə "Real"ın xeyrinə başa çatmışdı. Oyunun antiqəhrəmanları isə Serxio Ramlosla Loris Karius olmuşdu. Ramos oyunun 27-ci dəqiqəsində "Liverpul"un ulduzu Məhəmməd Salahın zədələnməsinə səbəb olmuşdu və 31-ci dəqiqədə Salah meydanı ağlayaraq tərk etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm