Firdovsi Umudovun 23 il əvvəlki görüntüləri YAYILDI - VİDEO
Bizi izləyin

İdman

Firdovsi Umudovun 23 il əvvəlki görüntüləri YAYILDI - VİDEO

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovun 23 il əvvəl Avropa çempionatında çıxdığı qarşılaşmanın görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, sözügedən görüntülər 1995-ci ildə Almaniyanın Viten şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatı zamanı çəkilib.

Firdovsi Umudov çətin keçən döyüşlərdən sonra bürünc medal qazanıb.

Qeyd edək ki, Firdovsi Umudov dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir. O, 2005-ci ildən sərbəst güləş üzrə milli komandada məşqçi kimi çalışır. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın “ən yaxşı məşqçi”si adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm