İdman
"Qarabağ"ın qış hazırlığı - Bütün rəqiblər bəllidir
"Qarabağ"ın Türkiyədəki təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama matçlarının siyahısı açıqlanıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinə yanvarın 6-da Antalyada start verəcək. 21 günlük toplanış müddətində 5 oyun nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, yanvarın 23-də Polşanın “Piast” və yanvarın 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ" fevralın 3-də “Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO