İdman
Şehiç "Qarabağ"ın düşərgəsində: "Mənim sevimli qardaşlarım" - - FOTOLAR
Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ" hazırlığın ikinci gününü iki məşqlə başa vurub.
Publika.az klubun saytına istinadən xəbər verri ki, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
Günün ikinci məşqi isə meydançada olub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç isə ötən gün Ağdam klubunu ziyarət edib. Hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən bosniyalı qapıçı komandanın düşərgəsində olub. O, bu barədə şəxsi Feysbuk səhifəsində paylaşım edib. Rəşad Sadıqov, Ansi Aqolli və Yakub Jezniçakla şəkillərini paylaşan Şehiç fotoya “Mənim sevimli qardaşlarım” yazıb.
Qeyd edək ki, Şehiç 2013-cü ildən 2018-ci ilin mayına kimi "Qarabağ"da çıxış edib.
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO