Məşhur futbolçuya "Qızıl zibilqabı" verildi
Bizi izləyin

İdman

Məşhur futbolçuya "Qızıl zibilqabı" verildi

İtaliya çempionatında "Qızıl zibilqabı"antimükafatının sahibi açıqlanıb.

"Report"un "Football Italia"ya istinadən verdiyi məlumata görə, bu, hazırda İspaniya "Atletiko"sunda çıxış edən xorvatiyalı hücumçu Nikola Kaliniçdir. Ötən mövsüm icarə əsasında "Milan"ın formasını geyinmiş 31 yaşlı forvard 49,1 faiz səs toplayıb.

"Roma"nın hücumçusu Patrik Şik (19,3%) ikinci, "Milan"ın daha bir forvardı Andre Silva (13,3%) üçüncü yeri tutub. 13 min azarkeşin səs verdiyi sorğuda ən zəiflərdən ibarət "10-luğ"a Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu da düşüb.

Qeyd edək ki, 2017-ci ildə "Qızıl zibilqabı" "İnter"in sabiq yarımmüdafiəçisi, hazırda Braziliya "Santos"unda icarə əsasında forma geyinən Qabiqola verilib.

Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.

Daha əvvəl Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm