İdman
Millimiz Avropa çempionatına yüksələ bilmədi
Kişi həndbolçulardan ibarət milli komandamız 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub.
Publika.az Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, “B” qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi – Malta kollektivi olub.
Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımız 17:25 hesabı ilə uduzublar.
Ertəsi gün Gürcüstanla görüşən komandamız bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib – 25:30.
Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16:11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək 27:24 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO