"Qarabağ" Polşa klubuna qarşı 3-ü sınağına çıxır
Bizi izləyin

İdman

"Qarabağ" Polşa klubuna qarşı 3-ü sınağına çıxır

Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bu, Ağdam təmsilçisinin qardaş ölkədə 3-cü sınağı olacaq. Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm