"Barselona" 60 milyonluq gənc futbolçunu 90 milyona alır
Bizi izləyin

İdman

"Barselona" 60 milyonluq gənc futbolçunu 90 milyona alır

"Barselona" növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya klubu"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqla danışıqları yekunlaşdırıb.

Transfer 90 milyon avroya başa gələcək. Yarımmüdafiəçinin keçidi rəsmən yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, niderlandlı futbolçunun xidmətində “Bavariya” və “Mançester Siti” də maraqlı idi.

21 yaşlı futbolçunun “Transfermarkt” qiyməti 60 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm