“Qarabağ” Antalya toplanışını başa vurdu
Bizi izləyin

İdman

“Qarabağ” Antalya toplanışını başa vurdu

“Qarabağ”ın Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.

Publika.az xəbər verir ki, Ağdam klubu bu gün keçirdiyi Ukrayna “Şaxtyor”u (Donetsk) ilə yoxlama matçından sonra Antalyada baş tutan qış hazırlığını tamamlayıb.

Qurban Qurbanovun çalışdırdığı kollektiv sabah ölkəmizə qayıdacaq.

Qeyd edək ki, “Qarabağ” Antalya hazırlığı zamanı “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1). “Şaxtyor”la görüşdə də 1:3 hesablı məğlubiyyət qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm