İdman
Baş məşqçi: "Ermənilər pul təklif etdi ki, komandanın adı "Arsax" olsun"
Moskvada “Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib.
Altı il əvvəl yaradılan komandanın tərkibinə Moskvada təhsil alan azərbaycanlı gənclərlə yanaşı, rusiyalılar da daxildir.
Komandanın yaradıcısı və baş məşqçisi Elnur Vəliyevin sözlərinə görə, komandanın yaradılmasından məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir. “Biz ötən illər ərzində çətin yol keçmişik. Qələbələrimiz və məğlubiyyətlərimiz, hətta komandamızın dağılması təhlükəsi də olub. Bizə inandığına və dəstəyinə görə “Unicorn Challenge” şirkətinə və onun rəhbərliyinə təşəkkürümü bildirirəm”, - deyə o bildirib.
E.Vəliyev vurğulayıb ki, Rusiyadakı erməni diasporu ona maliyyə vəsaiti müqabilində komandanın adını dəyişməyi təklif edib: “Erməni diasporundan bizimlə əlaqə saxlayaraq komandanın adının dəyişdirilib “Arsax” adlandırılması müqabilində maliyyə vəsaiti təklif etmişdilər. Təbii ki, biz bunu rədd etdik”, - deyə məşqçi qeyd edib.
Futbol klubunun təqdimatında çıxış edən komandanın direktoru Leyla Səmədova komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib, “Qarabağ”ın ümidləri doğruldacağını vurğulayıb.
Təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oyununu “Lebi” komandası ilə keçirib. Oyun 6-6 hesabı ilə başa çatıb.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı