Rafael Ağayevdən GÖZLƏNİLMƏZ NƏTİCƏ
Bizi izləyin

İdman

Rafael Ağayevdən GÖZLƏNİLMƏZ NƏTİCƏ

Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından Publika.az-a bildiriblər ki, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub.

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm